Venesiya Komissiyası ilkin rəyini Azərbaycanda referenduma bir həftə qalmış təqdim edəcək

venesiya-komissiyasi-ilkin-r%c9%99yini-az%c9%99rbaycanda-referendumaVenesiya Komissiyası sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi referenduma bir həftə qalmış hazırlayacaq və ictimaiyyətə təqdim edəcək. Bu barədə APA-ya Venesiya Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, daha sonra ilkin rəy təsdiq üçün Venesiya Komissiyasının 14-15 oktyabr tarixlərində Venesiyada keçiriləcək plenar sessiyasına təqdim olunacaq.

Xatırladaq ki, AŞPA-nın sentyabrın 5-də keçirilən büro iclasında Azərbaycanda keçiriləcək referenduma dair rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edib.

10.09.2016