Oqtay Zülfüqarov – 85
Mayın 31-də, bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Oqtay Zulfüqarov 85 yaşını qeyd edir. 500-dən artıq artıq bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin ürəyinə yol tapmış bəstəkar bu gün də yaradıcılıq axtarışındadır. Həmçinin onun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği, gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində gördüyü işlər danılmaz və çoxşahəlidir. Davamı

APA-nın xəbərinə görə, hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında müəyyən dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” dünən çalınıb. Bu gün isə tədris həftəsi 6 günlük olan orta məktəblərdə “Son zəng” tədbiri keçirilir. Saat 10:00-da başlayacaq “Son zəng” tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq.
28 May Azərbaycanın tarixinə Respublika günü kimi daxil olub və xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün -1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır.
Bu gün əfv sərəncamının icrasına başlanıb. APA-nın məlumatına görə, əfv sərəncamı mayın 26-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Sərəncam ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil edilib.
Mayın 20-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Radionun “Yeni gün” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə söhbət uşaq mahnıları, onların dünəni, bu günü və sabahı haqqında gedib, həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi və cəmiyyətdə maraqla qarşılandığı “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin mahnıları, o cümlədən qalib mahnılar səsləndirilib.
