Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri bu gün saat 17:00-dan etibarən açıqlanıb. Davamı
II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
14.05.2014

Bu gün, 14 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ilin yanvarında üzv qəbul olunduqdan bəri tarixində ilk dəfədir ki, təşkilatın əsas qurumu olan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayır. APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, Azərbaycanın AŞNK-də sədirliyi qurumun bu ilin mayın 6-da Avstriyanın paytaxtı Vyanada keçirilmiş AŞ-na üzv ölkələrinin xarici işlər nazirlərinin 124-cü toplantısında Avstriyadan Azərbaycana təhvil verilib. 
