Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri bu gün saat 17:00-dan etibarən açıqlanıb. Davamı
Monthly Archives: May 2014
Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayır
Bu gün, 14 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ilin yanvarında üzv qəbul olunduqdan bəri tarixində ilk dəfədir ki, təşkilatın əsas qurumu olan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayır. APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, Azərbaycanın AŞNK-də sədirliyi qurumun bu ilin mayın 6-da Avstriyanın paytaxtı Vyanada keçirilmiş AŞ-na üzv ölkələrinin xarici işlər nazirlərinin 124-cü toplantısında Avstriyadan Azərbaycana təhvil verilib. Davamı
Elxan Süleymanov: “Antiazərbaycan qüvvələri ölkəmizə qarşı kampaniyalarını genişləndirir”
“Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may tarixi ərəfəsində bir sıra ənənəvi antiazərbaycan mövqeli təşkilatların ölkəmizə qarşı kampaniyaları yenidən geniş vüsət alıb. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch və digərləri xüsusi canfəşanlıqları ilə seçilirlər”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib. Davamı
AŞ PA Sərsəng su anbarı ilə bağlı məruzə təyin edib
AŞPA Sərsəng su anbarı ilə əlaqədar məruzəçi təyin edib
Bu gün Kiprdə (Nikosiya) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilib.
İclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib. Davamı
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyişin vaxtı çatıb
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” adlı məruzə ilə çıxış edib. O, “Twitter” səhifəsində əvvəllər qeyd edib ki, məruzənin müddəaları onun şəxsi nöqteyi-nəzərini yox, ABŞ-ın siyasi xəttini əks etdirir. Uorlik çıxışında bildirib ki, tərəflər o nöqtəyə gəliblər ki, indi onların mövqeyi gələcək fəaliyyət barəsində bir-birindən uzaq deyil. Davamı


