“ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Radionun canlı yayımında

Irada_Yaubova-itv_radioMayın 20-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Radionun “Yeni gün” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə söhbət uşaq mahnıları, onların dünəni, bu günü və sabahı haqqında gedib, həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi və cəmiyyətdə maraqla qarşılandığı “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin mahnıları, o cümlədən qalib mahnılar səsləndirilib.

Bir saat davam edən canlı yayım zamanı İradə Yaqubova dinləyicilərin suallarını cavablandırmış və təşkilatın 2014-cü ildə start verdiyi layihələr haqqında ətraflı məlumat vermişdir.

İctimai Radionu dinlə

20.05.2014