28 May Azərbaycanın tarixinə Respublika günü kimi daxil olub və xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün -1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. Davamı
Azərbaycan xalqı Respublika Gününü qeyd edir
27.05.2014

Bu gün əfv sərəncamının icrasına başlanıb. APA-nın məlumatına görə, əfv sərəncamı mayın 26-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Sərəncam ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil edilib. 
