Daily Archives: 05/31/2014

ELS təbrik edir!

Oqtay-ZulfuqarovOqtay Zülfüqarov – 85

Mayın 31-də, bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Oqtay Zulfüqarov 85 yaşını qeyd edir. 500-dən artıq artıq bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin ürəyinə yol tapmış bəstəkar bu gün də yaradıcılıq axtarışındadır. Həmçinin onun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği, gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində  gördüyü işlər danılmaz və çoxşahəlidir.  Davamı

31.05.2014

Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” səsləndi

Son-zengAPA-nın xəbərinə görə, hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında müəyyən dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” dünən çalınıb. Bu gün isə tədris həftəsi 6 günlük olan orta məktəblərdə “Son zəng” tədbiri keçirilir. Saat 10:00-da başlayacaq “Son zəng” tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Davamı

31.05.2014