Bu gecə Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. APA-nın məlumatına görə, “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra “Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olmuş Emmelie de Forest ona qələbə qazandıran “Only teardrops” mahnısını uşaqlarla birgə təqdim edib. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər. Davamı →