Monthly Archives: June 2014

Azərbaycan prezidenti: “Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz”

Ilham.Aliyev-herbi-formaAPA-nın məlumatına görə, bunu iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin  hissələrinin birgə əməliyyat-taktiki təlimlərini izlədikdən sonra hərbçilər qarşısında çıxışı zamanı Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib. Davamı →

27.06.2014

Prezident İlham Əliyev xarici QHT-in Azərbaycanla bağlı layihələrinin dəstəklənməsinə 3 milyon manat ayırıb

Ilham_aliyev_ImzaPrezident İlham Əliyev xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda deyilir ki, son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatları güclənmiş, ictimai maraqların təmin olunmasında onların rolu xeyli artıb. Davamı →

20.06.2014

NATO PA-nın Bakıda keçirilən seminarında Serj Sarkisyan regionun bir nömrəli terrorçusu adlandırılıb

NatoBakıda ötən gündən etibarən keçirilən NATO Parlament Assambleyasının (PA) seminarında iştirak edən Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub. APA-nın məlumatına görə, bu, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarının bu gün davam edən ikinci günündə bildirilib. Seminarın bu gün davam edən hissəsində əvvəlcə söz alaraq çıxış edən Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan seminarın gündəliyindən kənara çıxaraq, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. O, son 7 ildə Azərbaycanın hərbi büdcəsinin 20 dəfə artdığını bildirərək, bunu regionda real təhdid kimi təqdim edib və qurumdan buna sərt reaksiya verməyi tələb edib. Davamı →

17.06.2014

Prezident İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib

Ilham Eliyev Imzalanma 130510Prezident İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Səhiyyə Nazirliyinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

14.06.2014

Gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq

Tehsil-NaziriTəhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq. Davamı →

13.06.2014