Monthly Archives: September 2013

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi treninqlər keçirir

24.09.13“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Sentyabrın 23-də “ELS”-ın ofisində təşkilatın rəhbəri İradə Yaqubova təlimçilər üçün treninq keçirib.

Davamı

24.09.2013

Əli Əhmədov prezidentliyə namizədlərin sentyabrın 19-da İTV-də debatında baş verənlərlə bağlı MSK-ya müraciət edib

MSK_binaBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun iclası olub. APA-nın məlumatın görə, MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev sentyabrın 19-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün ayrılan efir vaxtı zamanı baş verənlərə qrupun münasibət bildirilməsinin vacibliyini vurğulayıb. A. Tağıyev əlavə edib ki, Cəmil Həsənli və Hafiz Hacıyev arasında baş verən bu konflikt zamanı Seçki Məcəlləsinin və qanunvericiliyin tələbləri pozulub, münaqişə zamanı debatda iştirak etməyən digər namizədin də ünvanına təhqiramiz ifadələr səslənib: Davamı

21.09.2013

“İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb

BMT-nin_bash_ofisi_1“İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət” və “GUAM məkanında davam edən münaqişələr, onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihələri BMT baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb. APA-nın BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qətnamə layihələri 67-ci sessiyada müzakirəyə çıxarılmadığı üçün, cari sessiyanın gündəliyinə müvafiq olaraq 34 və 38-ci maddə kimi daxil edilib. Davamı

19.09.2013

Azərbaycan prezidenti Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib

Ilham_Aliyev_sefer_090512Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfər edib. APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib. Davamı

19.09.2013

Azərbaycan Milli Musiqi Gününü qeyd edir

Uzeyir-Hacibeyov-MusiqiMilli Musiqi Günü ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkənin mədəniyyət xadimləri Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarlarını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, Ə.Qarayev artıq 13 ildir qeyd edilən Milli Musiqi Gününün dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günü ilə bağlı olduğunu deyib: “1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə Musiqi Günü dövlət səviyyəsinə qeyd edilməyə başladı. Həmin vaxtdan hər il musiqi ocaqlarında Üzeyir gününə həsr olunan tədbirlər keçirilir, bəstəkarın musiqiləri səsləndirilir”.  Nazir onu da deyib ki, artıq bu ildən Azərbaycanın bütün musiqi məktəblərində “Üzeyir dərsi” tədris olunacaq və bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb.  Davamı

18.09.2013