Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur.APA-nın məlumatına görə, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub. Davamı
Monthly Archives: August 2013
AŞPA Bürosunda Azərbaycanda prezident seçkilərinin müşahidəsinə hazırlıq məsələsi müzakirə olunacaq
Sentyabrın 2-də Xorvatiyanın Dubrovniki şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasda, əsasən, AŞPA-nın payız sessiyasının (30 sentyabr-4 oktyabr) gündəliyi, oktyabrın 9-da Azərbaycanda, 27-də isə Gürcüstanda keçiriləcək prezident seçkilərinin müşahidəsinə hazırlıq məsələləri müzakirə olunacaq. Davamı
ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Bizim işimiz tənqid etmək deyil, müşahidə etməkdir”
“Bizim işimiz tənqid etmək deyil, müşahidə etməkdir. Zərurət yaranan hallarda biz vəziyyəti yaxşılaşdırmaq üçün zəruri tövsiyələrimizi verə bilərik”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT DTİHB-in monitorinq missiyasının rəhbəri Tana de Zulueta missiyanın fəaliyyətə başlamasına həsr olunmuş mətbuat konfransında deyib. Davamı
Sumqayıt 2 rayona bölünür
Yaxın vaxtlarda Sumqayıt şəhəri 2 rayona bölünəcək. Lent.az-ın məlumatına görə, bu barədə Sumqayıtın Baş Planının müzakirəsi zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O, bildirib ki, bölgü 9 oktyabr prezident seçkisindən sonra həyata keçiriləcək. Lakin E.Əzizov bölgünün hansı ərazidən aparılacağını və rayonların adlarını açıqlamayıb.
Şəhər sakinləri arasında gəzən söz-söhbətlərə əsasən, rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədləri isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək nəzərdə tutulub. Davamı
Elxan Süleymanov: “AŞPA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri sentyabrın 11-də Bakıya gələcəklər”
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 30 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyası formalaşdırıb. Müşahidə missiyasına kimin rəhbərlik edəcəyi də artıq məlumdur”. Bu açıqlamanı APA-ya Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov verib. Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmçinin 280 nəfərdən ibarət qısa müddətli missiya formalaşdırmaq barədə qərar qəbul edib və bu müşahidəçilərin də yaxın zamanda müəyyənləşəcəyi gözlənilir. Davamı


