Monthly Archives: September 2013

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb

Avropa-parlamentiMüşahidə missiyasına italiyalı deputat rəhbərlik edəcək

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb. Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib. E. Süleymanov bildirib ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib. Davamı

26.09.2013

Mərkəzi Seçki Komissiyası “ELS”-i qeydiyyatdan keçirdi

25.09.2013.Sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasının növbəti iclasında (MSK) “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi “ekzit-poll” keçirmək üçün qeydə alınıb. MSK-nın sədr müavini Natiq Məmmədov “ELS”-ın Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə “exit poll” həyata keçirdiyini və bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu bildirib. N.Məmmədov onu da əlavə edib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll”u 1100 nəfərlə həyata keçirəcək. Davamı

26.09.2013

“ELS” Bakıda treninqlərə start verdi

24.09.2013“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərinə start verdi. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edəcək.

Davamı

25.09.2013