Daily Archives: 09/17/2013

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatına start verib

Secki-Ekzitpoll2013

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatınınkeçirilməsini planlaşdırır. Artıq təşkilat tədqiqatl ilə bağlı tələb olunan sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul edəcək.

Davamı

17.09.2013

ATƏT-in seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb

Sechki_qutusuAzərbaycan Mərkəzi Seçki Komissiyası hesabatdakı iradlara münasibət bildirib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 1 nömrəli aralıq hesabat yayıb. Azərbaycan Mərkəzi Seçki Komissiyasından APA-ya verilən məlumata görə, hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlər səsləndirilib. Bununla əlaqədar MSK aşağıdakıları diqqətə çatdırıb: Davamı

17.09.2013

Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir

214545Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır. Davamı

17.09.2013