Monthly Archives: September 2013

Azərbaycanda daha dörd nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Sechki_qutusu_071110-1APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxslər – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev ayrı-ayrılıqda məlumat verib. Davamı

12.09.2013

AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib

AshpaAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib.APA-nın məlumatına görə, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək. Davamı

11.09.2013

Azərbaycanda şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş seçicilərin sayı açıqlanıb

Shexsiyyet_vesiqesiBu gün Azərbaycanda səsvermə hüququna malik vətəndaşlar arasında müəyyən səbəblərdən şəxsiyyət vəsiqəsinin vaxtı keçənlərin sayı 30 min nəfər təşkil edir. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi müavini Ehsan Zahidov prezidentliyə namizədliyi irəli sürülən İsmayıl Yusifovun iddialarına münasibət bildirərkən deyib. Davamı

11.09.2013

Avropa Parlamentinin üzvü: “Ermənistan işğala son qoymalı və bunu qeyd-şərtsiz etməlidir”

544585472“Beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunub: Ermənistan işğala son qoymalı və əlbəttə ki, bunu qeyd-şərtsiz etməlidir. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq, tam dəstəyə layiqdir”. APA-nın məlumatına görə, belə bir bəyanatla Avropa Parlamentinin üzvü, Regional İnkişaf və Petisiya Komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış edib. Davamı

11.09.2013

Prezidentliyə namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi vaxtı başa çatıb

APA-nın məlumatına görə, qanunvericiliyə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə 30 gün qalmış saat 18.00-dək namizədin sənədlərini təqdim etməlidir. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) 2013-cü il oktyabrın 9-da keçiriləcək seçkilərin Təqvim Planına görə həmin müddət bu gün – sentyabrın 9-da saat 18.00-da yekunlaşıb. Sənədlərin qəbuluna 2013-cü il avqustun 20-də start verilib. Davamı

10.09.2013