Milli Musiqi Günü ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkənin mədəniyyət xadimləri Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarlarını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, Ə.Qarayev artıq 13 ildir qeyd edilən Milli Musiqi Gününün dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günü ilə bağlı olduğunu deyib: “1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə Musiqi Günü dövlət səviyyəsinə qeyd edilməyə başladı. Həmin vaxtdan hər il musiqi ocaqlarında Üzeyir gününə həsr olunan tədbirlər keçirilir, bəstəkarın musiqiləri səsləndirilir”. Nazir onu da deyib ki, artıq bu ildən Azərbaycanın bütün musiqi məktəblərində “Üzeyir dərsi” tədris olunacaq və bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. Davamı
Azərbaycan Milli Musiqi Gününü qeyd edir
18.09.2013


