Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib.APA-nın məlumatına görə, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək. Davamı
Daily Archives: 09/11/2013
Azərbaycanda şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş seçicilərin sayı açıqlanıb
Bu gün Azərbaycanda səsvermə hüququna malik vətəndaşlar arasında müəyyən səbəblərdən şəxsiyyət vəsiqəsinin vaxtı keçənlərin sayı 30 min nəfər təşkil edir. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi müavini Ehsan Zahidov prezidentliyə namizədliyi irəli sürülən İsmayıl Yusifovun iddialarına münasibət bildirərkən deyib. Davamı
Avropa Parlamentinin üzvü: “Ermənistan işğala son qoymalı və bunu qeyd-şərtsiz etməlidir”
“Beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunub: Ermənistan işğala son qoymalı və əlbəttə ki, bunu qeyd-şərtsiz etməlidir. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq, tam dəstəyə layiqdir”. APA-nın məlumatına görə, belə bir bəyanatla Avropa Parlamentinin üzvü, Regional İnkişaf və Petisiya Komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış edib. Davamı


