Monthly Archives: September 2013

Azərbaycana səfər edəcək AŞPA-nın seçkiöncəsi müşahidə missiyasının tərkibi məlum olub

ASHPA_Parlament_AssambleyasiAvropa Şurası Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərindən öncəki vəziyyəti öyrənmək məqsədilə sentyabrın 11-13-də Bakıda səfərdə olacaq. APA-nın Avropa müxbirinin məlumatına görə, 7 nəfərdən ibarət nümayəndə heyətinə britaniyalı parlamentar Robert Valter rəhbərlik edəcək. Nümayəndə heyəti ölkə prezidenti və prezidentliyə namizəd İlham Əliyevlə, Milli Məclisin sədri, daxili işlər naziri, prezidentliyə namizədlər, Milli Şurada cəmləşmiş müxalifət partiyalarının təmsilçiləri ilə görüşlər keçirəcəklər. Davamı

10.09.2013

Azərbaycanda prezident seçkilərində “exit-poll”u APA-nın sifarişi ilə ABŞ şirkəti aparacaq

fad39c39319e2707d0eeace756d85668Bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll”u ABŞ-ın Arthur J. Finkelstein & Associates (AJF) şirkəti həyata keçirəcək.

APA-nın xəbərinə görə, şirkəti Azərbaycana media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı və AJF-nin icraçı direktoru Barbara Fiala imzalayıblar. Davamı

9.09.2013

Sərsəng su anbarının vəziyyətinə dair qətnamə təklifi AŞPA Bürosunda təsdiqlənib

Elxan_Suleymanov_28061202Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sədarət Komitəsinin “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifi AŞPA-nın bu gün Dubrovnikidə keçirilən Büro iclasında təsdiqlənib. Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov məlumat verib. O bildirib ki, qətnamə təklifi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilib. Oktyabr ayında assambleyanın plenar iclasında məruzə əsasında qətnamə layihəsinin müzakirəyə çıxarılması gözlənilir. Davamı

6.09.2013

Avropa Parlamenti Azərbaycanda seçkilərə müşahidə missiyası göndərmək məsələsi ilə bağlı qərarı sentyabrın 12-də qəbul

Avropa-parlamentiAPA-nın Avropa Parlamentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, AP Prezidentlər Konfransı ilin ikinci yarısında seçkilərin müşahidə olunmasının prioritet hesab olunduğu ölkələrin siyahısını hazırlayıb. Bu prioritetlər sırasında Azərbaycan, Gürcüstan, Honduras, Nepal və Tacikistanda seçkilərin müşahidəsi var. Davamı

6.09.2013

“Exit-poll-un ictimai-siyasi həyatdakı rolu getdikcə artır”

irade-yaqubova-1İradə Yaqubova: “Cəmiyyət exit-poll-u seçki prosesinin ayrılmaz hissəsi kimi qəbul edir”
Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə prezident, parlament, ardınca isə bələdiyyə seçkilərinin keçirilməsinə başlanılıb. Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün isə “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilib. Artıq Azərbaycan cəmiyyəti üçün də yad sayılmayan exit-poll-un mahiyyəti, məqsədi, ölkəmizdə keçirilmə tarixi, seçicilərin bu sorğuya münasibəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova cavablandırır. – İradə xanım, istərdim ilk öncə exit-poll-un yaranma tarixinə nəzər salaq.  Davamı

6.09.2013