“ELS” Müstəqil Araşdırmalar Mərkəzi treninqlər keçirir

24.09.13“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Sentyabrın 23-də “ELS”-ın ofisində təşkilatın rəhbəri İradə Yaqubova təlimçilər üçün treninq keçirib.

Qeyd edək ki, treninqlər sentyabrın 24-27-i Bakı, Abşeron, Sumqayıt, 27 sentyabr-1 oktyabr tarixində isə Naxçıvan istisna olunmaqla Azərbaycanın bütün dairələrində təşkil olunacaq. Treninqlərə əhali arasında sorğu keçirəcək intervüer və supervayzerlər cəlb edilmişdir.

Xatırladaq ki, “ELS”-ın həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı Prezident seçkiləri günü Azərbaycan ərazisində mövcud 5175 seçki məntəqəsinin 400 məntəqəsində aparılacaq. Tədqiqat ilə bağlı tələb olunan sənədlər paketi Mərkəzi Seçki Komissiyasına təqdim edilb və Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul etməlidir.

24.09.2013