02Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sədarət Komitəsinin “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifi AŞPA-nın bu gün Dubrovnikidə keçirilən Büro iclasında təsdiqlənib. Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov məlumat verib. O bildirib ki, qətnamə təklifi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilib. Oktyabr ayında assambleyanın plenar iclasında məruzə əsasında qətnamə layihəsinin müzakirəyə çıxarılması gözlənilir. Davamı
Daily Archives: 09/06/2013
Avropa Parlamenti Azərbaycanda seçkilərə müşahidə missiyası göndərmək məsələsi ilə bağlı qərarı sentyabrın 12-də qəbul
APA-nın Avropa Parlamentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, AP Prezidentlər Konfransı ilin ikinci yarısında seçkilərin müşahidə olunmasının prioritet hesab olunduğu ölkələrin siyahısını hazırlayıb. Bu prioritetlər sırasında Azərbaycan, Gürcüstan, Honduras, Nepal və Tacikistanda seçkilərin müşahidəsi var. Davamı
“Exit-poll-un ictimai-siyasi həyatdakı rolu getdikcə artır”
İradə Yaqubova: “Cəmiyyət exit-poll-u seçki prosesinin ayrılmaz hissəsi kimi qəbul edir”
Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə prezident, parlament, ardınca isə bələdiyyə seçkilərinin keçirilməsinə başlanılıb. Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün isə “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilib. Artıq Azərbaycan cəmiyyəti üçün də yad sayılmayan exit-poll-un mahiyyəti, məqsədi, ölkəmizdə keçirilmə tarixi, seçicilərin bu sorğuya münasibəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova cavablandırır. – İradə xanım, istərdim ilk öncə exit-poll-un yaranma tarixinə nəzər salaq. Davamı


