“ELS” Bakıda treninqlərə start verdi

24.09.2013“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərinə start verdi. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edəcək.

Xatırladaq ki, treninqlərin sentyabrın 24-27-i Bakı, Abşeron, Sumqayıt, 27 sentyabr-1 oktyabr tarixində isə Naxçıvan istisna olunmaqla Azərbaycanın bütün dairələrində keçirilməsi nəzərdə tutulub. “ELS”-ın həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının aparılması üçün tələb olunan sənədlər paketi Mərkəzi Seçki Komissiyasına təqdim edilb və Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul etməlidir.

25.09.2013