MSK: Prezident seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı 852-yə çatıb

MSKOktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək beynəlxalq müşahidəçilərin sayı 852-yə çatıb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, seçkiləri ölkə üzrə müşahidə edəcək şəxslərin sayı 4590-a çatıb: “28 679 nəfər isə seçkiləri dairələr üzrə müşahidə etmək üçün qeydiyyatdan keçib”. M.Pənahov seçkiləri izləyəcək müşahidəçilərin sayının daha da artacağını söyləyib.

28.09.2013