Mərkəzi Seçki Komissiyası “ELS”-i qeydiyyatdan keçirdi

25.09.2013.Sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasının növbəti iclasında (MSK) “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi “ekzit-poll” keçirmək üçün qeydə alınıb. MSK-nın sədr müavini Natiq Məmmədov “ELS”-ın Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə “exit poll” həyata keçirdiyini və bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu bildirib. N.Məmmədov onu da əlavə edib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll”u 1100 nəfərlə həyata keçirəcək.

Bu arada, təşkilatın “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil etdiyi Bakı treninqləri davam edir. Belə ki, treninqlərin sentyabrın 24-27-də Bakı, Abşeron, Sumqayıt, 27 sentyabr – 1 oktyabr tarixində isə Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün dairələrində keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Mərkəz “Ekzit-poll” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığına görə 2010-cu ildə Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilmişdir.

26.09.2013