Avropa Parlamenti Azərbaycanda seçkilərə müşahidə missiyası göndərmək məsələsi ilə bağlı qərarı sentyabrın 12-də qəbul

Avropa-parlamentiAPA-nın Avropa Parlamentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, AP Prezidentlər Konfransı ilin ikinci yarısında seçkilərin müşahidə olunmasının prioritet hesab olunduğu ölkələrin siyahısını hazırlayıb. Bu prioritetlər sırasında Azərbaycan, Gürcüstan, Honduras, Nepal və Tacikistanda seçkilərin müşahidəsi var.

Bu ölkələrə müşahidə missiyasının göndərilib-göndərilməyəcəyi barədə qərar sonra fərdi şəkildə qəbul olunacaq. Azərbaycanla bağlı qərarı sentyabrın 12-də veriləcəyi gözlənilir.

Avropa Parlamenti bu il İordaniya, Ermənistan, Keniya, Paraqvay, Pakistan və Malidə seçkiləri izləmək üçün müşahidə missiyaları göndərib.

Xatırladaq ki, bundan əvvəl Prezidentlər Konfransının Azərbaycanda seçkiləri müşahidəyə dair qərarı sentyabrın 5-də verəcəyi bildirilirdi.

6.09.2013