Monthly Archives: January 2015

İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib

94422df81907d1924002e624dc36ce14İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib. APA-nın İsrail XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söz açan İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: Davamı

31.01.2015

Ərdoğan: Kimlərinsə sifarişi ilə biz “erməni soyqırımı”nı qəbul etməyə məcbur deyilik

Rəcəb_Tayyib-ƏrdoğanErməni diasporası sakit durmur. Onlar yenə aranı qarışdırmağa, saxtakarlığa davam edərək, sanki mübahisədən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar”. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib. Davamı

30.01.2015

Prezident İlham Əliyev: “Heç bir böhran bizə təsir edə bilməz”

Ilham_eliyev164532“Azərbaycanın təbiəti elədir ki, hər yerdə gözəl, səfalı məkanlar, dağlar, meşələr, çaylar çoxdur. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik”. APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev  Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet Shahdag” otelinin açılışında deyib.  Davamı

30.01.2015

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlanıb

ASHPAAzərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ermənistan əsgərləri tərəfindən girov götürülən və Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq məhkəməsi tərəfindən azadlıqdan məhrum edilən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin olunmasına dair qətnamə layihəsi hazırlayaraq AŞPA katibliyinə təqdim edib. Davamı

30.01.2015

Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayış iyunun 1-dən tələb olunacaq

eead0d1b8e67809ea7c2be7bc56c87d3Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsi tarixi dəyişdirilir. APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir. Davamı

28.01.2015