Monthly Archives: January 2015

Sürücülərə qarlı hava şəraiti ilə bağlı xəbərdarlıq olunub

Qar2015Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. DYP-dən fins.az-a verilən məlumata görə, yol polisi sürücülər və avtomobil sahiblərinə yaxın günlərdə Azərbaycanda havaların qarlı, şaxtalı keçəcəyini nəzərə alaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyyə edir.

“Artıq respublikanın bir sıra bölgələrində qar yağacağı, yolların səthinin buz bağlayacağı barədə xəbərdarlıq edilib. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Sürücülər xüsusi qış təkərlərindən istifadə etməlidirlər”- məlumatda deylir. Davamı

6.01.2015

“20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edildi

20-yanvar-shehidler-xiyabani-ushaqAzərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Davamı

3.01.2015