“Günay” Uşaq Teatrının gənc kollektivi yanvarın 11-də Rəşid Behbudov adına Mahnı Teatrında hazırladığı xüsusi konsert proqramı ilə tamaşaçılarını Yeni İl münasibəti ilə təbrik etdi. Mahnı, rəqs və musiqi nömrələri ilə başlayan tədbirdə kiçik tamaşaçılarla viktorinalar da keçirildi. Maraqlı və şən keçən viktorinalara böyüklər də qatılmışdı.
Sonra əsl şənlik başladı. Səhnəyə dəvət olunan balaca tamaşaçılar “Günay” Uşaq Teatrının kollektivi ilə birgə əyləndilər, o cümlədən mahnı oxudular və rəqs etdilər. FOTOQALEREYA Davamı

Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sevimli şairimiz Baba Vəziroğlunun doğum günüdür. Fəlsəfi-psixoloji çalarlarla zəngin olan bir sıra maraqlı nəsr əsərlərinin, o cümlədən mindən artıq mahnının müəllifi 40 il əvvəl olduğu kimi bu gün də yaradıçılıq axtarışındadır.
Azərbaycanda 2015-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb. APA-nın məlumatına görə, dövlət büdcəsində “Ümumi dövlət xidmətləri” bölməsi üzrə “Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri xərcləri”ndən xərclərindən əsasən ölkədə seçicilərin qeydiyyatı, seçkilərin, referendumların keçirilməsi, respublika miqyaslı siyahıyaalınma və statistika sistemində islahatların aparılması xərcləri maliyyələşdirilir.
Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Parisdə terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib. APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.APA-nın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.
