Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. DYP-dən fins.az-a verilən məlumata görə, yol polisi sürücülər və avtomobil sahiblərinə yaxın günlərdə Azərbaycanda havaların qarlı, şaxtalı keçəcəyini nəzərə alaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyyə edir.
“Artıq respublikanın bir sıra bölgələrində qar yağacağı, yolların səthinin buz bağlayacağı barədə xəbərdarlıq edilib. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Sürücülər xüsusi qış təkərlərindən istifadə etməlidirlər”- məlumatda deylir. Davamı


