Beynəlxalq konfrans iştirakçıları Quba məzarlığını ziyarət ediblər

19c89f0531378e32e44c909f264782e6Bu gün Bakı Slavyan Universiteti və AMEA Rəyasət Heyətinin təşkil etdiyi “Azərbaycanşünaslığın aktual problemləri” adlı beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər. APA-nın şimal bürosunun verdiyi xəbərə görə, qonaqlara ermənilərin azərbaycanlılara, eləcə də şimal bölgəsində yaşayan digər xalqlara qarşı törətdikləri kütləvi soyqırımı haqqında məlumat verilib.

Kütləvi məzarlığı ziyarət edənlər arasında Rusiya, Ukrayna, Belarus, Bolgarıstan, Polşa, Almaniya, Türkiyə, Gürcüstan, İngiltərə, İtaliya, Litva və Qırğızıstandan olan nümayəndələr olub. Onlar kütləvi məzarlıqda gördüklərindən dəhşətə gəldiyini və bu soyqırımın insanlığa qarşı törədilən cinayət olduğunu bildiriblər.

7.05.2014