“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri oktyabrın 17-18-i Şirvan şəhərində 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib, o cümlədən qaydalar izah edilməklə yanaşı istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib.
Qeyd edək ki, ”ELS”-ın təlimçiləri Naxçıvan istisna olunmaqla, hazırda Azərbaycanın bütün regionlarında treninqlər keçirir. Eyni zamanda Mərkəzin əməkdaşları artıq seçki məntəqələrinin monitorinqinə də başlayıb. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA Davamı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Sabirabad rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını ətraflı izah və nümayiş etdiriblər.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşları oktyabrın 17-18-i Masallı rayonunda treninqlər keçiriblər. 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər zamanı onlar “Ekzit-poll”un keçirilmə qaydalarını izah etməklə yanaşı tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını göstəriblər.
Oktyabrın 17-18-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçirmək məqsədilə Lənkəran rayonuna səfər ediblər. “Ekzit-poll”un keçirilmə qaydalarını izah edən təlimçilər tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını da nümayiş etdiriblər.
Oktyabrın 17-18-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri Cəlilabad rayonunda “Ekzit-poll”tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimlərdə “Ekzit-poll”un keçirilmə qaydaları açıqlanıb, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları göstərilib.
