Milli Məclisə noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq. APA-nın məlumatına görə, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında verilib. Beləliklə, Milli Məclisdə 125 yer uğrunda 769 nəfər, başqa sözlə, 1 yer uğrunda 6 nəfər mübarizə aparacaq.
Xatırladaq ki, Milli Məclisə seçkilərdə 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 477 nəfər namizədliyini geri götürüb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu proses sabah – oktyabrın 22-də başa çatır.

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb və digər iki təşkilatla yanaşı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi akkreditasiyadan keçib. MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan seçki təcrübəsində “exit-poll” tədqiqatının artıq reallığa çevrildiyini və ölkədə bu sahədə ixtisaslaşmış qurumların fəaliyyət göstərdiyini deyib.
Sabah Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi və MSK-nın “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul etməsi üçün ayrılan müddət başa çatır.
Oktyabrın 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ofisinda İsmayıllı rayonunda “Ekzit-poll”tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilmişdir. Təlimçilər könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələri haqqında ətraflı məlumatlar veriblər.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Biləsuvarfa “Ekzit-poll” tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Onlara “Ekzit-poll”un keçirilmə qaydaları, habelə istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri haqqında ətraflə 5əlumat verilib.
