Bölmə: Ana səhifə

“ELS” treninqlərə start verdi

17.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-cü il Parlament seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakıda treninqlərinə start verib. Oktyabrın 15-də “Ambassador Hotel”-də Yasamal rayonu ərazisində yerləşən məntəqələrində işləyəcək supervayzer və intervüerlər üçün treninlər keçirilmişdir.

Qeyd edək ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçiriir.

Xatırladaq ki, “ELS”-ın həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının aparılması üçün tələb olunan sənədlər paketi oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib və ölkə qanunvericiliyə əsasən, oktyabrın sentyabrın 29-a kimi həmin sənədlərə baxılb qərar qəbul etməlidir… FOTOQALEREYA Davamı

16.10.2015

ELS “Ekzit-poll” layihəsinə start verdi

14.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzi-poll” (“Çıxışda sorğu”) keçirməyi planlaşdırır. Oktyabrın 7-də qeydiyyat üçün sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edən Təşkilatda intervüer və supervayzerlərin seçim prosesi artıq başa çatib.

Bir neçə gün əvvəl “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin və layihənin rəhbəri İradə Yaqubova tədqiqatda iştirak edəcək intervüer və supervayzerlərə təlim keçirənlərə treninqlər keçib. Hazırda intervüer və supervayzerlər üçün treninqlərə start verilib.

Qeyd edək ki, “ELS” Azərbaycanda seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitə olan exit-poll tədqiqatının keçirilməsində uzun illərin təcrübəsinə malikdir… FOTOQALEREYA Davamı

14.10.2015

Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib

Məzahir PənahovMilli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib. APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Yerli təşkilatlardan “Els” Müstəqil Araşdırmalar Mərkəzi də müraciət edib.

Qeyd edək ki, “exit-poll” keçirmək müraciətlərə üçün oktyabrın 12-nə qədər müddət ayrılmışdı. MSK oktyabrın 22-dək müraciətlərə baxıb, qərar verəcək.

14.10.2015

Azərbaycanda baxımsız uşaqlar üçün sığınacaq yaradılır

poor_child_141015Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.

Həmin müəssisənin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə edib ki, sığınacaqlar olduqdan sonra baxımsız uşaq aşkar edilən kimi onu həmin mərkəzlərə yerləşdirmək və problemini dərindən öyrənmək mümkün olacaq: “Uşağı həmin yerə yerləşdirdikdən sonra bir neçə gün ərzində onun problemləri ilə məşğul olmaq mümkün olacaq. Əgər uşaq kimsəsizdirsə, o, dövlət müəssisəsinə, valideyni varsa, valideyninə təhvil veriləcək. Bu halda valideynə xəbərdarlıq və ya onu məsuliyyətə cəlb etmək olar”… Davamı

14.10.2015

MSK sədri: “Deputatlığa namizədlərin bir hissəsi namizədliyini geri götürüb”

msk_bina_main“Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, MSK bülletenlərin çapı zamanı namizədliyini geri götürmüş deputatlığa namizədlərin adlarının seçki bülletenlərində yer almamasına çalışır, çünki bu, seçiciləri də çaşdırır: “Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.

14.10.2015