“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə regionlarda 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri davam etdirir. Bu dəfə Mərkəzin mütəxəssisləri Beyləqan-Fizuli rayonlarının seçki məntəqələrinin çıxışında işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Oktyabrın 26-da təşkil olunan təlimlərdə supervayzer və intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər, o cümlədən tədqiqatın qaydalarına uyğun atacaqları addımlar, sorgu və anket vərəqələri barədə məlumat verilib… FOTOQALEREYA Davamı
Bölmə: Ana səhifə
Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında treninqlər keçirilib
Oktyabrın 24-25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimciləri Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Təlimlər zamanı “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları izah olunub.
Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı
Heydər Əliyev Mərkəzinin binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılıb
Oktyabrın 24-də Heydər Əliyev Mərkəzi Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi münasibətilə keçirilən “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində mavi rəngdə işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, 45-dən çox ölkədə 150-dən artıq bina, muzey, körpü və s. memarlıq abidəsinin qoşulduğu aksiya Mərkəzdə Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə İdarə Heyətinin əməkdaşlığı nəticəsində reallaşıb.
Heydər Əliyev Mərkəzi bu aksiyaya qoşulmaqla, həmçinin BMT prinsipləri və firavanlıq prinsiplərinə sadiqliyini nümayiş etdirmiş olur… Davamı
Prezident İlham Əliyev Sumqayıtda iki zavodun açılışında, bir müəssisənin təməlqoma mərasimində iştirak edib
Azərbaycan pezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun isə istifadəyə verilməsi mərasimlərinə qatılıb.
APA-nın məlumatına görə, əvvəlcə dövlət başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev prezidentə zavodun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, illik istehsal həcmi 6500 ton olan müəssisədə polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır.
Prezident İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb… Davamı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit poll” keçirməyə hazırdır
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiya olunub. Bu barədə Secki-2015.az saytına mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib.O bildirib ki, hazırlıq işləri bir neçə ay əvvəl başlayıb və “exit poll” keçirmək üçün artq əməkdaşlar seçilib. Onlar Bakı, Sumqayıt, Abşeron, Xızı və İsmayıllıda treninqlər keçiblər. Rayonlarda isə treninqlər 17-28 oktyabr tarixlərində keçirilir… Davamı


