Bölmə: Ana səhifə

“ELS”-ın əməkdaşları Astara rayonunda təlimlər keçirib

Astara 17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin  təlimçiləri Astara rayonunda “Ekzit-poll” supervayzer və intervüerlər üçün təlimlər  keçirmişlər. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları haqqında ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı →

19.10.2015

“ELS” Bakı, Abşeron və Sumqayıtda təlimləri yekunlaşdırdı

18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə Bakı, Abşeron və Sumqayıtın seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri başa vurdu. Təlimlərin son günü, oktyabrın 18-də təlimlərdə Sumqayıt şəhəri, Xəzər, Pirallahı, Qaradağ, Sabunçu, Səbail və Nizami rayonlarında işləyəcək supervayzer və intervüerlər iştirak edib.

Xatırladaq ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçirilir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-də Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcəkdir… FOTOQALEREYA Davamı →

18.10.2015

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 24 illiyini qeyd edir

bayraqBu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 24 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir… Davamı →

18.10.2015

“ELS” növbəti treninq gününü başa vurdu

17.10.2015Oktyabrın 17-də Suraxanı, Nəsimi, Nərimanov və Xızı rayonları ərazisindəki seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilib. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un kecirilmə qaydalarına dair ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, təşkilat 2008-ci ildə Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin olunub… FOTOQALEREYA Davamı →

17.10.2015

“ELS”-ın treninqləri davam edir

Resize of 16.10.2015“Oktyabrın 16-də “Ambassador Hotel”-də ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-cü il Parlament seçkilərində keçiriləcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakının Binəqədi rayonu ərazisində yerləşən məntəqələrində işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçirilib.

Xatırladaq ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçiriir… FOTOQALEREYA Davamı →

16.10.2015