Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M.Pənahov indiyə qədər dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayının 22 min 606 nəfəri ötdüyünü bildirib. Eyni zamanda 20 ölkədən 138 müşahidəçi də qeydiyyatdan keçib.
MSK sədri bu günə qədər MSK-ya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 64 müraciətdən 15-nin təmin olunduğunu da nəzərə çatdırıb.

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda ATV və ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb.
Bu gündən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsinə yönəlmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK-nın Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən treninqlər kiçik qruplar şəklində – hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir…
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) öz zəifliyi və boşluğuna görə Azərbaycanda keçiriləcək seçkilərə getməmək barədə qərar qəbul edib”. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Lamberto Zannierlə keçirilən mətbuat konfransında deyib.
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i “Azadlıq-2015” bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.
