“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 13,4%-dir
Saat 10:00 olan məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsində (Referendum)“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 13,4% seçici iştirak edib.
Kütləvi informasiya vasitələri, o cümlədən telekanallar gün ərzində qərargahın işini nəzarətdə saxlayır.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi (Referendum) keçirilir. Səhər saat 8-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi referendumla bağlı 118 seçki dairəsinin 400 seçki məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına başlayıb.
