“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Exzit-poll” tədqiqatını keçirir

Secki-Ekzitpoll2013Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi (Referendum) keçirilir. Səhər saat 8-də  “ELS” Müstəqil Araşdırmalar Mərkəzi referendumla bağlı 118 seçki dairəsinin 400 seçki məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına başlayıb.

Gün ərzində intervüerlər saat 10.00, 13.00, 16.00, 18.00-də məlumatları Mərkəzin “İrşad Hotel”dəki Qərargahında çalışan telefon operatorlarına ötürəcək. Məlumatlar komputerlərə daxil edilib işləniləndən sonra ictimaiyyətə açıqlanacaqdır.

Qeyd edək ki, “ELS”-in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunmuşdur.

26.09.2016