“ELS” Mərkəzi Seçki Komissiyasına müraciət edib

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (Referendum) keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabrın 26-a təyin olunmuş Referendum zamanı “Ekzit-poll” tədqiqatı keçirmək məqsədilə sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə 25.2.23-cü maddəsinə əsasən, “Ekzit-poll” keçirən təşkilatlar akkreditasiyadan keçmək üçün səsverməyə iyirmi gün qalmış MSK-ya müraciət etməlidir. Öz növbəsində MSK səsverməyə on gün qalmış həmin müraciətlərə dair  qərar verməlidir.

Qeyd edək ki, Mərkəz 2008-ci ildən etibarən Azərbaycanda keçirilən Prezident, Parlament, bələdiyyə seçkiləri, həmçinin 2009-cu ildə keçirilən Referendum zamanı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” tədqiqatı aparmışdır.

1.09.2016