Monthly Archives: August 2016

“ELS” Yay Olimpiya Oyunlarında iştirak edən idmançıları təbrik edir

rio_2016Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında böyük uğurla iştirak edib. 5-21 avqust tarixləri arasında Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında ölkəmiz 56 idmançı ilə 17 idman növündə təmsil olunub. Azərbaycan idmançıları “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak edən və qələbə qazanan bütün idmançıları qələbə münasibətilə təbrik edir. Bu Olimpiya Oyunlarında Azərbaycan idmançıları növbəti dəfə öz xalqına qələbə sevinci nəsib edib.  Davamı

22.08.2016

Azərbaycanda növbəti referendum keçiriləcək

Referendum_2016Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixində növbəti dəfə referendum keçiriləcək. Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncama əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” 29 maddədən ibarət Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilib. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib. Davamı

22.08.2016

5 mükafat və unudulmaz anlar

23.08.2016-Gunay-Ushaq-TeatrBakı Uşaq Teatrının “Günay” Teatr-Studiyasının gənc istedadları Soçidə “Yaradıcı zirvə” adı altında keçirilmiş ХХ Beynəlxalq müsabiqə-festivaldan 5 mükafatla Vətənə dönüblər. Mükafatlar arasında teatr nominasiyası, bədii söz nominasiyası, ansambl xoreoqrafiyası, solo xoreoqrafiq nominasiya və “Ən yaxşı teatr geyimi” üçün diplom var.

Qeyd etmək lazımdır ki, müsabiqə Krasnodar rayonunun “Təhsil, Elm və Gənclər Siyasəti” Nazirliyinin Gənclər Siyasəti Departamentinin dəstəyilə keçirilmişdir. Festivalın münsiflər heyəti Rusiya Federasiyasının incəsənət xadimlərindən ibarət idi. Burada Rusiya, Azərbaycan və Özbəkistandan 18 kollektiv iştirak edirdi. 8-16 yaş arası 12 gənc Azərbaycan incəsənətini Rusiyada layiqincə təmsil edərək, Vətənə 5 mükafat la qayıtmışlar. Davamı

20.08.2016