Azərbaycanda növbəti referendum keçiriləcək

Referendum_2016Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixində növbəti dəfə referendum keçiriləcək. Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncama əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” 29 maddədən ibarət Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilib. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Prezident İlham Əliyevin iyulun 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb və bu sənədə əsasən referendum sentyabrın 26-a təyin edilib.

Mərkəzi Seçki Komissiyası keçirdiyi iclas zamanı bildirilib ki, Azərbaycanda cari ilin sentyabrın 26-da keçiriləcək Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.

İclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.

Referendumla bağlı bildirişlərin hazırlanması ilə əlaqədar tələblər avqustun 17-dək təsdiqlənəcək. Səsvermədə “exit-poll” keçirmək istəyən təşkilatlar sənədlərini sentyabrın 6-na kimi MSK-ya təqdim edə bilərlər. Avqustun 16-dək isə bununla bağlı qərar veriləcək. Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək.

İclasda referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və işçi qrupu yaradılıb. Ekspert qrupları seçki komissiyalarına daxil olmuş şikayətlərin araşdırılması ilə məşğul olacaqlar.

Qeyd edək ki, bundan əvvəl referendum 2009-cu il martın 18-də keçirilib. Bu ümumxalq səsverməsində konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər edilib.

22.08.2016