Daily Archives: 08/27/2016

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar və təhsildə fərqlənən şagirdlər üçün istirahət proqramı təşkil edib

27.08.2016Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və təhsildə fərqlənən bir qrup şagird üçün avqustun 26-da Qəbələdə istirahət proqramı təşkil edib. Proqram Bakı, Şəki və Qəbələ şəhərlərindəki müxtəlif körpələr və uşaq evləri, internat məktəbləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaq və yeniyetməni əhatə edib.

Bakıdan Qəbələyə yola düşən uşaqlar elə təyyarədə ilk dəqiqələrdən əyləncə dolu anlar yaşadılar. Uşaqların sevinci üzlərindən hiss olunurdu. Onlar bu gün həyatlarının ən xoşbəxt günlərindən birini yaşayırdı. Şən klounlarla birlikdə Qəbələyə gedən uşaqları qarşıda maraqlı bir istirahət gözləyirdi. Qəbələ aeroportunda balacaların sevimli qəhrəmanları əllərində rəngarəng şarlarla onları qarşıladılar. FOTOQALEREYA Davamı

27.08.2016