Rio-de-Janeyro Olimpiadasında uğurla çıxış edən Azərbaycan yığması vətənə dönüb. Apasport.az saytının məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Medal sayında ölkəmizin yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar.
Belə ki, hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar olub. Bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilməyib, yalnız hərbi musiqilər ifa edilib. Davamı

“Azərbaycanda keçiriləcək referendumun yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb”. APA-nın məlumatlna görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, ölkədə bundan əvvəlki seçkilər də yüksək səviyyədə baş tutub. M. Pənahov referenduma ciddi yanaşılmağın vacibliyini qeyd edib: “Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyid yanaşmağa mənəvi haqqı yoxdur. Referenduma hazırlıq yüksək səviyyədə aparılır. Buna görə həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri həyata keçirilir”. 
