5 mükafat və unudulmaz anlar

23.08.2016-Gunay-Ushaq-TeatrBakı Uşaq Teatrının “Günay” Teatr-Studiyasının gənc istedadları Soçidə “Yaradıcı zirvə” adı altında keçirilmiş ХХ Beynəlxalq müsabiqə-festivaldan 5 mükafatla Vətənə dönüblər. Mükafatlar arasında teatr nominasiyası, bədii söz nominasiyası, ansambl xoreoqrafiyası, solo xoreoqrafiq nominasiya və “Ən yaxşı teatr geyimi” üçün diplom var.

Qeyd etmək lazımdır ki, müsabiqə Krasnodar rayonunun “Təhsil, Elm və Gənclər Siyasəti” Nazirliyinin Gənclər Siyasəti Departamentinin dəstəyilə keçirilmişdir. Festivalın münsiflər heyəti Rusiya Federasiyasının incəsənət xadimlərindən ibarət idi. Burada Rusiya, Azərbaycan və Özbəkistandan 18 kollektiv iştirak edirdi. 8-16 yaş arası 12 gənc Azərbaycan incəsənətini Rusiyada layiqincə təmsil edərək, Vətənə 5 mükafat la qayıtmışlar.

20.08.2016