Azərbaycan Prezidenti İlham Əliyev tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Oxu.Az xəbər verir, nekroloqda Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verdiyi deyilir. “Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat edib.
Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxuyub, 1952–1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb. Davamı


