Daily Archives: 08/22/2016

“ELS” Yay Olimpiya Oyunlarında iştirak edən idmançıları təbrik edir

rio_2016Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında böyük uğurla iştirak edib. 5-21 avqust tarixləri arasında Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında ölkəmiz 56 idmançı ilə 17 idman növündə təmsil olunub. Azərbaycan idmançıları “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak edən və qələbə qazanan bütün idmançıları qələbə münasibətilə təbrik edir. Bu Olimpiya Oyunlarında Azərbaycan idmançıları növbəti dəfə öz xalqına qələbə sevinci nəsib edib.  Davamı →

22.08.2016

Azərbaycanda növbəti referendum keçiriləcək

Referendum_2016Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixində növbəti dəfə referendum keçiriləcək. Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncama əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” 29 maddədən ibarət Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilib. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib. Davamı →

22.08.2016