Faktlar danılmazdır: Dağlıq Qarabağın statusu – ermənilərin işğal etdiyi Azərbaycan ərazisidir . Day.az xəbər verir ki, bu barədə The Washington Times nəşrində dərc olunmuş “Dağlıq Qarabağda “dondurulmuş” münaqişə” başlıqlı məqalədə deyilir.
Məqalədə müəllif Azərbaycan ərazilərinin işğalını pisləyən və bu ərazilərdən Ermənistan hərbi qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin evlərini qayıtması üçün şəraitin yaradılması tələb edən beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 884) və Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Baş Assambleyasının 14 mart 2008 il qətnaməsini sadalayır. Bundan başqa, beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, NATO, Avropa Birliyi, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat işğal olunmuş ərazidə keçirilən qondarma seçkilərin legitimliyini tanımır. Davamı

Azərbaycan paralimpiyaçıları Rioda çıxış etmək üçün daha üç lisensiya alıb. Day.az saytının məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) bildiriblər. Qurumun prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsindən Azərbaycana daha üç lisenziyanın verilməsi haqqında məktubun daxil olduğunu söyləyib.

