“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində cari ilin noyabrın 25-də keçirdiyi “Uşaq teleefirinin problemləri və perspektivləri” adlı Dəyirmi Masada dövlət başçısına qəbul etdiyi müraciətlər bu gün, dekabrın 4-də Prezident Administrasiyasına təqdim olunmuşdur.
Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri, o cümlədən Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Oqtay Zülfüqarov, Gülnaz Abdullazadə, Nazim Kazımov, Minarə Dadaşova, Vahid Əziz, Baba Vəziroğlu və digərlərinin imzaladığı müraciətlərdə uşaqların mədəni-mənəvi tərbiyəsinə dövlət qayğısının artırılmasına ehtiyacın olduğu əsas gətirilərək dövlət başçısından Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması xahiş olunur.
Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət
Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət
Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

“Təəssüf ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmirik. Səbəb olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin saxlanmasını, necə var elə də qalmasını istəyirlər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Rossiya 24” kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Dekabrın 1-də ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərində exit-poll tədqiqatı aparmaq üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
