Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib. APA-nın məlumatına görə, Qaydaya əsasən yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçiriləcək. Davamı
Azərbaycanda yollar müvəqqəti bağlanan zaman dərhal vətəndaşların mobil telefonlarına SMS göndəriləcək
9.12.2014

“APA-Economics”in məlumatına görə, Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar bir neçə xüsusiyyətə malikdir. Onlardan biri, nəqliyyat vasitələrinin “Avro-5” standartına cavab vermələridir. Bundan başqa, avtobuslar sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir. Bununla yanaşı, avtobusun daxilində görüntülü və səsli kameralar mövcuddur. Xüsusi kabinə vasitəsilə sürücü sərnişinlərdən təcrid olunur. 
