Ötən gün Pakistanda heç cür ağla sığmayan dəhşətli faciə baş verib. Milliyyəti və dini bilinməyən (terrorçunun nə milliyyəti, nə də dini olur) 9 amansız qatil Peşavar vilayətinin nüfuzlu məktəbinə basqın edərək orada qırğın törədiblər. Rəsmi məlumata görə, faciə nəticəsində 150 nəfər həlak olub, bir o qədər də insan yaralanıb və bu, əsasən…məktəblilərdir.
Amansız qatillərin əlindən həlak olan uşaqlar və yeniyetmələrin yaxınlarının vəziyyəti və kədərini təsəvvür etmək belə çətindir. Onları yaşamaq, oxumaq, gələcəyə ümidlə baxmaq hüququndan məhrum ediblər!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.
Allah rəhmət eləsin!

“İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”. APA-nın məlumatına görə, bu barədə dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevdeyib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparacaq “Ekzit-poll” tədqiqatı ilə bağlı treninqləri başa çatdırıb.
Bu gün Azərbaycanın ilk qadın-bəstəkarı, əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anım günüdür. Üzeyir Hacıbəyovun ilk tələbələrindən olan Ağabacı Rzayeva 1912-ci il dekabrın 15-də Bakıda musiqçi ailəsində anadan olmuşdur. Poeziyanı, şeriyyatı qözəl bildiyi ücün mahnı və romanslarında sözlərə böyuk əhəmiyyət verən bəstəkar Nizami Gəncəvi, M.Füzuli, İmaməddin Nəsimi, M.P.Vagif, X.Natəvan, M.Ə.Sabir, M.F.Axundov, Səməd
Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu “Varkey GEMS” Fondu tərəfindən təsis olunmuş “Dünya Müəllimi Mükafatı”nın qalibləri sırasında. “Varkey GEMS” Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində “məktəb müəllimləri üçün Nobel mükafatı” kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. 
