Bu gün, dekabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı 2014-cü il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində “Ekzit-poll” tədqiqatının aparılması ilə bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müraciətinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətin təmin edilməsinə dair qərar verilib. Qurum müvafiq sənədləri MSK-ya dekabrın 1-də təqdim etmiş və qanunvericiliyə görə müraciətə 10 gün ərzində baxılmalı idi. Davamı
Mərkəzi Seçki Komissiyası “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müraciətini təmin edib
12.12.2014


