Müraciətlər dövlət başçısına göndərildi

Muraciet25.11.2014“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində cari ilin noyabrın 25-də keçirdiyi  “Uşaq teleefirinin problemləri və perspektivləri” adlı Dəyirmi Masada dövlət başçısına qəbul etdiyi müraciətlər bu gün, dekabrın 4-də Prezident Administrasiyasına təqdim olunmuşdur.

Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri, o cümlədən Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Oqtay Zülfüqarov, Gülnaz Abdullazadə, Nazim Kazımov, Minarə Dadaşova, Vahid Əziz, Baba Vəziroğlu və digərlərinin imzaladığı müraciətlərdə uşaqların mədəni-mənəvi tərbiyəsinə dövlət qayğısının artırılmasına ehtiyacın olduğu əsas gətirilərək dövlət başçısından Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması xahiş olunur.

Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət

Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət

Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

4.12.2014